Türkiyənin ən bahalı futbolçusu və klubu bəlli oldu

Türkiyənin ən bahalı futbolçusu və klubu bəlli oldu
DÜNYA FUTBOLU 8 İyul 2010 / 16:57 2985
-  A +

Türkiyə Super Liqasının ən bahalı klubunun və futbolçusunun adı açıqlanıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, son iki mövsüm Super Liqanın ən bahalı klubu adını alan “Qalatasaray” bu dəfəki mübarizədə əzəli rəqibi “Fənərbaxça”ya məğlub olub. Yeni transferlərlə birlikdə göstərilən dəyəri 701 milyon 975 min avro olan  “Fənərbaxça”  Super Liqanın ən bahalı klubu adını alıb. Digər yerləri isə müvafiq olaraq  “Beşiktaş”, “Qalatasaray”, “Trabzonspor” və nəhayət “Bursaspor” klubları qapayırlar. Bu mübarizədə  “Fənərbaxça”ya məğlub olan “Cim-Bom” ən bahalı futbolçu naminasiyasında bütün rəqiblərinə qalib gəlməyi bacarıb. “Qalatasaray” klubunun ən perspektivli futbolçularından sayılan Arda Turan 16 milyon avro ilə Super Liqanın ən bahalı futbolçusu seçilib. Ardanın rəqibləri olan digər futbolçular Elano (“Qalatasaray”), Luqano (“Fənərbaxça”), Əmrə Bələzoğlu (“Fənərbaxça”) və Quarejma (“Beşiktaş”) növbəti yerləri bölüşüblər.      


Son xəbərlər