CAR-da dünya kubokunu 8-ci dəfə qazanan komanda hansı olacaq?

XƏBƏR 8 İyul 2010 / 15:50 1850
-  A +

Srağagün və dünən keçirilən oyunlarla Cənubi Afrika Respublikasında təşkil olunan dünya çempionatının həlledici oyununda iştirak edəcək komandaların adları müəyyənləşdi. Qol.Az-ın məlumatına görə, iyulun 11-də keçiriləcək final matçında İspaniya və Hollandiya yığmaları qarşılaşacaq. Məhz bu komandaların finala çıxması nəticəsində dünya çempionatlarındakı balans pozulmuç olacaq. Məsələ burasındadır ki, indiyədək baş tutan 18 Dünya çempionatını 9-da Cənubi Amerika, qalanında isə Avropa ölkələri qızıl medallara sahib çıxıb. Bu dəfə Avropa 10-cu çempionluğunu bayram etməklə, yenidən önə keçəcək. Çünki finalda hansı komandanın qalib gəlməsindən asılı olmayaraq, hər ikisi Avropa təmsilçisidir.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, indiyədək dünya çempionu adını cəmi 7 ölkə qazanıb. Onlardan üçü Cənubi Amerika təmsilçisidirsə, dördü Avropa ölkəsidir. Ən çox (5 dəfə) mundialın qalibi olan Braziliyanı bu göstəricidə hələ ki, İtaliya millisi izləyir (4 dəfə). Almaniya 3, Uruqvay və Argentina 2, İngiltərə və Fransa isə 1 dəfə kuboku başı üzərinə qaldırıb.
"Qara qitə" adı almış Afrikada keçirilən dünya çempionatı isə dünyaya yeni çempion bəxş edəcək. Belə ki, finala çıxan komandalardan heç biri indiyədək çempion titulunu qazanmayıb. Bu isə o deməkdir ki, iyulun 11-də CAR-da dünyanın 8-ci çempionu müəyyənləşəcək.
İspaniya yğıması ilk dəfə finala qatılacaq. Belə ki, son Avropa çempionları indiyədək final matçında iştirak etməyib. İspanlar indiyədək ən yaxşı yaldı 1/4 finala qədər gələ bilimişdi. Hollandiya isə üçüncü dəfə kuboku qazanmağa cəhd edəcək. Belə ki, ilk dəfə 1974-cü ildə finala çıxan "narıncılar" Qərbi Almaniyaya yenilmişdi. Hollandlar dörd il sonra keçirilən mundialda da finala çıxmasına rəğmən, Argentina səddini keçə bilməmişdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı