“İnter” bolqarıstanlı müdafiəçi ilə gücləndi

“İnter” bolqarıstanlı müdafiəçi ilə gücləndi
XƏBƏR 8 İyul 2010 / 15:27 1902
-  A +

Son ölkə çempionu “İnter” Bolqarıstanda keçirdiyi təlim-məşq toplanışı zamanı baxışdan keçirdiyi Daniel Genovla müqavilə bağlayıb. Qol.Az-ın məlumatına görə, anlaşmaya əsasən bolqar müdafiəçi 2 il yarım paytaxt klubunun formasını geyinəcək. “Bankirlər”in Bolqarıstandan qayıdarkən, Genovu da özləri ilə Bakıya gətirdiyini də vurğulayaq.
Qeyd edək ki, Genov 1985-ci ildə Burqas şəhərində anadan olub. “Nafteks”in yetirməsi olan Daniel 2004-2006 mövsümlərində icarə əsasında “Pomorie” klubunda forma geyinib və meydana çıxdığı 32 oyunda 1 qol vurub. 2006-2007 mövsümündə “Nafteks”in əsas heyətində 7 oyun keçirən futbolçu 2007-ci ildə "Svetkavitsa"ya transfer olunub. Bu komandada 26 oyunda 3 qol vurduqdan sonra Sofiya "Lokomotiv"inə üz tutub. Ötən mövsüm isə icarə əsasında "Belasitsa"da forma geyinib.

Daha çox


Son xəbərlər