Mübariz Mənsimov: «Mən futbolu sevmirəm»

Mübariz Mənsimov: «Mən futbolu sevmirəm»
ÖLKƏ FUTBOLU 8 İyul 2010 / 14:46 2808
-  A +

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov ANS-in «Zərif çərşənbə» proqramına müsahibəsində bir sıra maraqlı açıqlamalar verib. Futbolla bağlı sualı cavablandıran M.Mənsimov atasının bu idman növünün böyük azarkeşi olduğunu söyləyib: «Atam həmişə «Neftçi»nin oyunlarını izləyirdi. Adımı da «Neftçi»nin futbolçusu olmuş Mübariz Zeynalova sevgisinə görə qoyub».
Özünün futbolun xəstəsi olmadığını deyən «Xəzər Lənkəran»ın fəxri prezidenti bu idman növünə etdiyi yardımın sosial sahəylə bağlı gördükləri xeyriyə işlərinin tərkib hissəsi olduğunu bildirib: «Mən futbolun xəstəsi, fanatiki deyiləm. Futbolu çox sevmirəm. Bizdə tez-tez deyirlər ki, 22 kişi bir topun dalınca düşüb. Əlacım olsa, bu qədər əziyyətə düşməmələri üçün onların hərəsinə bir top bağışlayardım».

 

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"