Sissi Rayt: “Onlardan 5-6 nəfəri yığma üçün yararlıdır”

Sissi Rayt: “Onlardan 5-6 nəfəri yığma üçün yararlıdır”
XƏBƏR 8 İyul 2010 / 14:15 1771
-  A +

Bu gün “Şəfa” stadionunda 1995-1996-cı il təvəllüdlü və digər yaş qruplarına daxil olan qızlar üçün seleksiya günü keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, seleksiya prosesində 38 nəfər iştirak edib. Daha sonra qızlardan ibarət U-15 yığma komandasının baş məşqçisi Sissi Rayt fikirlərini açıqlayıb: “Seleksiya prosesində  iştirak edən qızların 6 nəfəri 15 yaşdan yuxarı idi. Qalan 32 nəfər bizə lazım olan təvəllüdlü qızlar idi. Onlardan 5-6 nəfəri yığma komanda üçün yararlıdır. Həmin qızları qarşıdakı təlim-məşq toplanışına dəvət edəcəyik. Bir sözlə, milli komandanın formalaşması üçün bu cür seleksiyaların əhəmiyyətini yüksək qiymətləndirməklə  regionlarda da keçirilməsini nəzərdə tutmuşuq”.

Daha çox


Son xəbərlər