“Simurq” gücünü tələbələrə göstərdi

XƏBƏR 8 İyul 2010 / 12:43 1681
-  A +

Bu gün "Şəfa" stadionunda "Simurq" ikinci yoxlama görüşünü keçirib. Qol.Az-ın məlumatına görə, bu il Azərbaycan çempionu olmuş Naxçıvan Dövlət Universitetinin komandası ilə qarşılaşan "sarı-qaralar" rəqibinə 2:0 hesabı ilə qalib gəliblər. Qollara birinci hissədə Elçin Xəlilov, fasilədən sonra isə Yasin Əliyev imza atıblar. Baş məşqçi Cokiça Haciyevski baxışda olan bütün futbolçulara oynamaq şansı verib.

Daha çox


Son xəbərlər