Çempionlar Liqasının birinci təsnifat mərhələsinə yekun vuruldu

Çempionlar Liqasının birinci təsnifat mərhələsinə yekun vuruldu
XƏBƏR 8 İyul 2010 / 12:17 1784
-  A +

Çempionlar Liqasının birinci təsnifat mərhələsi başa çatıb. Qol.Az-ın məlumatına görə, bu mərhələnin son oyununda Çernoqoriya “Rudar”ı San-Marino “Tre Fiori”sini qəbul edib. İlk oyunda səfərdə rəqibini darmadağın edən çernoqoriyalılar doğma meydandakı qarşılaşmada da eyni uğuru təkrarlamağı bacarıb. Nəticədə Malta “Birkirkara”sının ardınca “Rudar” da ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, “Rudar” növbəti mərhələdə Bolqarıstanın “Liteks”i, maltalılar isə “Jilina” (Slovakiya) ilə qarşılaşacaqlar.

Çempionlar Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)

“Rudar” (Çernoqoriya) – “Tre Fiori” (San-Marino) – 4:1
Qollar: Rangeloviç, 7, 68, Vlaoviç, 84, Yovanoviç, 86 – Vannoni, 29
İlk oyun – 3:0


Son xəbərlər