Yoahim Löv: “İspanların hücumlarının qarşısını kəsmək çox çətin idi”

Yoahim Löv: “İspanların hücumlarının qarşısını kəsmək çox çətin idi”
DÇ-2010 8 İyul 2010 / 11:32 3056
-  A +

“Əminliklə deyə bilərəm ki, İspaniya yığması hazırda istənilən rəqibə qalib gələ bilər. Çünki onlar meydanda daima ağalıq edirlər. Onların hücumlarının qarşısını kəsmək çox çətin idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Dünən gecə Cənubi Afrika Respiblikasında keçirilən dünya çempionatının yarımfinal mərhələsində İspaniyaya minimal hesabla uduzan almanların çalışdırıcısı ispanlarla bacarmadıqlarını etiraf edib: “İspaniya son iki-üç ildə dünyanın ən yaxşı komandalarından biridir. Ən azı iki ildir bu heyətlə oynayırlar, topa gözəl nəzarət edirlər. Bizim taktikamızla onları yenmək mümkün olmadı. İspanlar bizə öz futbolumuzu oynamağa imkan vermədilər. Halbuki, bizim də gözəl planlarımız var idi. Ancaq həyata keçirə bilmədik. Biz bu oyunda ilk növbədə orta sahədə rəqibə uduzduq. Futbolçularımız müdafiədən hücuma keçməkdə çətinlik çəkirdilər”.
Qeyd edək ki, Lövün komandası İspaniyaya uduzsa da, iyulun 10-da 3-cü yer uğrunda Uruqvayla daha bir oyun keçirəcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı