“Olimpiya”nın baş məşqçisi: “İlk dəqiqələrdən hücuma atılıb, qol vurmağa çalışacağıq”

“Olimpiya”nın baş məşqçisi: “İlk dəqiqələrdən hücuma atılıb, qol vurmağa çalışacağıq”
ÖLKƏ FUTBOLU 8 İyul 2010 / 10:40 2080
-  A +

"Çox uzun yol qət etmişik. Ancaq düşünürəm ki, bu, futbolçularımıza mənfi təsir göstərməyəcək. Ümid edirəm ki, istədiyimiz nəticəni qazanacağıq". Qol.Az-ın məlumatına görə, bu sözləri  Lənkəranda mətbuat konfransı keçirən "Olimpiya"nın baş məşqçisi Nikolay Bunya deyib.
Olduqca iddialı görünən Moldova klubunun baş məşqçisi Buxarest "Dinamo"sunun Azərbaycana gəlməyəcəyini deyib: "İmkan verməyəcəyik ki, "Dinamo" əziyyət çəkib, Azərbaycana gəlsin. "Xəzər Lənkəran"ın güclü olduğu ilə bağlı söz-söhbətlərə son qoyaraq, onlardan heç də zəif olmadığımızı sübut edəcəyik. Rəqibə bizimlə oynamaq çətin olacaq. Doğrudur, öz meydanımızda fərqlənə bilmədik. Ancaq burda bir qol vurmağa çalışacağıq. Komandam ev oyununda yaxşı oynasa da, qol vura bilmədi. Amma biz sabah müdafiədə oturan tərəf olmayacağıq. İlk dəqiqələrdən hücuma atılıb, qol vurmağa çalışacağıq".
Bunya lənkəranlı azarkeşlərin möhtəşəm dəstəyindən çəkinmədiyini də qeyd edib: "İnanmıram ki, bu komandama təsir etsin".

Daha çox


Son xəbərlər