Mircavadov: «Biz yalnız qələbəyə köklənmişik»

Mircavadov: «Biz yalnız qələbəyə köklənmişik»
ÖLKƏ FUTBOLU 7 İyul 2010 / 19:08 2432
-  A +

«Sabah Lənkəran tarixi üçün önəmli hadisə olacaq. Biz öz evimizdə ilk dəfə avrokubok matçına çıxacağıq». Qol.Az-ın məlumatına görə, bu sözləri «Xəzər Lənkəran»ın baş məşqçisi Ağasəlim Mircavadov iyulun 8-də Moldova «Olimpiya»sına qarşı keçiriləcək Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab matçı ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib.
Bu komandalar arasında Kişinyov şəhərində keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb.
A.Mircavadovun sözlərinə görə, məşqçi heyəti və futbolçular sabahkı matçda qələbə qazanmağın vacibliyini yaxşı dərk edirlər: «Biz hamımız yalnız, qələbə, uğur qazanmağa köklənmişik. İnşallah, növbəti mərhələyə adlayaca biləcəyik. «Olimpiya» ilk oyunda istədiyi futbolu nümayiş etdirə bilməyib. Ona görə də təkrar qarşılaşmada daha güclü oynamağa çalışacaqlar. Biz isə müdafiəni unutmayacağıq, eyni zamanda qol vurmağa çalışacağıq».

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı