Namiq Yusifov: “Bizə sərf edən nəticəni qazanıb, evə alnı açıq dönəcəyik”

Namiq Yusifov: “Bizə sərf edən nəticəni qazanıb, evə alnı açıq dönəcəyik”
XƏBƏR 7 İyul 2010 / 18:25 2248
-  A +

“Komandada əhval-ruhiyyə həmişəki kimi çox yaxşıdır. Bütün komanda üzvləri ciddi şəkildə qarşıdakı “döyüş”ə hazırlaşıb. İnşallah, sabah meydana çıxıb müdafiədə oturmağı düşünmürük. Allahın köməyi ilə bizə sərf edən nəticəni qazanıb, evə alnı açıq dönəcəyik”. Bu fikirləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov səyləyib.
Heyətdəki zədəli və cəzalı futbolçularla bağlı itkilərin komandasının oyununa ciddi təsir edəcəyini düşünməyən orta sahə oyunçusu bütün bunlara görə narahatlıq keçirməyə əsas görmür: “Bildiyiniz kimi, bizdə kollektiv oyuna üstünlük verilir. Yəni komandamızda elə bir ulduz futbolçu yoxdu ki, oyunumuz onlardan asılı olsun. Ona görə də düşünürəm ki, kimlərinsə yoxluğu özünü qabarıq şəkildə göstərməməlidir. Onları əvəzləyən oyunçular həmin boşluqları doldurmaq üçün əllərindən gələni edəcəklər”.
Yusifov cavab oyunu ərəfəsində özləri üçün ən böyük üstünlük kimi, rəqibi daha yaxşı tanımaqlarını hesab edir: “İlk oyunda 4:1 hesablı qələbə qazansaq da, bu ciddi üstünlük deyil. Amma əsl üstünlüyümüz məncə, “Metallurq”a indi daha yaxşı bələd olmağımızdır. İlk oyunda kiminlə oynadığımızı, rəqibin nəyə qadir olduğunu bilmirdik. Amma Bakıdakı oyundan sonra vəziyyət xeyli fərqlidir. İndi bizə sabah sadəcə meydana çıxıb, baş məşqçimiz Qurban Qurbanovun verdiyi tapşırıqları lazımı dərəcədə yerinə yetirmək və nəticəmizi qazanmaq qalır”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı