Ernani Pereyranın İlqar Qurbanovla birgə oynayacağı rəsmiləşdi

Ernani Pereyranın İlqar Qurbanovla birgə oynayacağı rəsmiləşdi
XƏBƏR 7 İyul 2010 / 17:41 2058
-  A +

“Azərbaycanın “Karvan” klubunda oynayan Ernani Pereyra ilə daha öncə prinsipial anlaşmamız var idi. Onunla rəsmi müqavilə də imzaladıq”. Qol.Az-ın məlumatına görə, bu fikirləri Türkiyənin “Mersin İdman Yurdu” klubunun prezidenti Ali Kahramanlı deyib.
Mövsümlərarası fasilədə öncə yığmamızın və “Olimpik-Şüvəlan”ın sabiq futbolçusu İlqar Qurbanovla münasibətlərini rəsmiləşdirən Bank Asya birinci liqa təmsilçisi artıq braziliyalı Ernani Pereyranı da rəsmən heyətinə qatıb. Halbuki, superliqaya çıxmağa iddialı olan Türkiyə klubu hər iki futbolçumuzla eyni vaxtda prinipial razılaşma əldə etmişdi. Artıq həm İlqarı, həm də Pereyranı rəsmən rənglərinə bağlayan “Mersin İdman Yurdu”nun prezidenti axtarışlarını davam etdirdiklərini bildirib: “Ernaninin oynadığı müdafiənin mərkəzinə axtarışlarımızı davam etdiririk. Bir çox klubların transfer siyahısında yer alan “Kocaelispor”dan Aydın Yıldırımı sınaqdan keçirmək üçün hazırlığımıza dəvət etmişik. Onunla bağlı son qərarı baş məşqçimiz Yüksəl Yeşilova verəcək. Heyətimizdə futbolçuların sayını Avstriya toplanışına qədər 25-ə çatdıracağıq. İdeal heyət qurmaq istəyirik. İndi heyətinə görə Bank Asiya birinci liqanın ən iddialı klublarından biriyik”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı