“Aktobe”nin baş məşqçisi: “Əminəm ki, “İnter” səddini keçəcəyik”

XƏBƏR 23 Yanvar 2009 / 17:45 2728
-  A +

Artıq “Birlik kuboku”nun “İnter”-“Aktobe” yarımfinal matçının başlanmasına 2 saatdan bir qədər çox vax qalır. Oyun qabaği “İzvestiya” qəzetina müsahibə verən “Aktobe”nin baş məşqçisi Vladimir Muxanov komandasının yarımfinal öncəsi son durumunu açıqlamaqla bərabər, bugünkü rəqibləri “İnter” haqqında da danışıb. Qol.Az-ın məlumatına görə, qazaxların baş məşqçisi turnirin gərgin qrafikindən şikayətlənib: “Bu mərhələdə hər şey futbolçuların fiziki və psixoloji durumundan asılı olur. Biz artıq həftəyə 5 oyun oynamışıq və uşaqlar həddindən artıq yükləniblər. Təəssüflənirəm ki, hamını növbə ilə oynatmağımız üçün bizim iki bərabər səviyyəli heyətimiz yoxdur”. Muxanov “İnter”lə bağlı isə aşağıdakı fikirləri söyləyib: “Bütün cənub klublari eyni cür oynayırlar. Səliqəli və nümunəvi. Futbolçuları da cəld, sürətli və çox texnikalı olurlar. Dəqiq təşkil olunmuş oyun sayəsində onlar istənilən rəqibə problem yarada bilərlər. Konkret olaraq, “İnter” çox layiqli komandadır. “Birlik kuboku” o mənada maraqlıdır ki, burada müxtəlif oyun sisteminə malik məktəb keçmiş komandalarla qarşılaımaq imkanı əldə edirsən. Əminəm ki, bütün gücümüzü ortaya qoyub “İnter” səddini keçəcəyik”. 


Son xəbərlər