“Qızıl buts”a namizədlərin adları açıqlandı

XƏBƏR 7 İyul 2010 / 17:17 1968
-  A +

Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatı sona yaxınlaşdıqca, mundialda fərqlənmiş futbolçulardan hansının “Qızıl buts” mükafatına sahib çıxacağı maraq doğurmaya bilməz. Qol.Az-ın məlumata görə, hazırda bu mükafata bir neçə futbolçu namizəddir. Bu futbolçuların siyahısında David Vilya (İspaniya), Miroslav Kloze (Almaniya), Uesli Sneyder (Hollandiya),  Dieqo Forlan (Uruqvay), Tomas Müller (Almaniya) və Luis Suaresin (Uruqvay) adlarına rast gəlmək olar. Adı çəkilən mükafata hansı oyunçunun sahib çıxacağına isə dünya çempionatı başa çatdıqdan sonra aydınlıq gələcək.
 


Son xəbərlər