Millimiz bu dəfə məğlub oldu

Millimiz bu dəfə məğlub oldu
XƏBƏR 7 İyul 2010 / 15:25 1760
-  A +

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Duysburq şəhərində təşkil olunan turnirdə növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, ilk iki matçda qələbə qazanan Təbriz Həsənovun komandası üçüncü turda Niedersahen yığması ilə görüşüb. Bu tura qədər liderlik edən təmsilçimiz Almaniya təmsilçisi ilə oyunda ilk məğlubiyyətini alıb. Minimal hesablı yenilgi (0:1) nəticəsində yığmamız 4-cü pilləyə yuvarlanıb. Komandamız növbəti turda üçüncü pillədə qərarlaşan “Mittelreyn” ilə qarşılaşacaq. Bu komandanın hesabında 2 qələbə və 1 heç-heçə var.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı