“Simurq” bu həftə daha 3 sınaq matçı keçirəcək

XƏBƏR 7 İyul 2010 / 14:32 1494
-  A +

Bakıda təlim-məşq toplanışını davam etdirən "Simurq" bu həftə daha 3 yoxlama görüşü keçirəcək. Qol.Az-ın Zaqatala klubunun rəsmi saytına istinadən məlumatına görə, komandanın ilk rəqibi Naxçıvan Dövlət Universitetinin komandası olacaq. Görüş iyulun 7-də saat 18:00-da "Şəfa" stadionunun əsas meydançasında başlanacaq. İyulun 8-də elə həmin arenada “Simurq” "İnter"in əvəzedici komandası ilə üz-üzə gələcək. Daha bir yoxlama görüşü isə iyulun 9-da baş tutacaq. Həmin rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"