“Xəzər Lənkəran” “Olimpiya” ilə oyununun Moldovada yayımına icazə verdi

“Xəzər Lənkəran” “Olimpiya” ilə oyununun Moldovada yayımına icazə verdi
XƏBƏR 7 İyul 2010 / 14:20 1944
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” – “Olimpiya” matçı internet vasitəsi ilə canlı yayımlanacaq. Qol.Az-ın məlumatına görə, Moldovanın sports.md internet televiziyası qarşılaşmanı azarkeşlərə canlı təqdim edəcək. Bu barədə sözgedən sayt özü məlumat yayıb: “Xəzər Lənkəran” – “Olimpiya” qarşılaşması internet vasitəsi ilə canlı yayımlanacaq. Azərbaycan klubu moldovalı azarkeşlərin matçı canlı izləməsi üçün sports.md saytına stadiondan canlı yayım verməyə şərait yaratdı”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Olimpiya” oyunu sabah Lənkəran şəhər stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Sports.md saytının Moldovadakı oyunu canlı yayımladığını da vurğulayaq.


Son xəbərlər