“Xəzər Lənkəran” – “Olimpiya” matçından öncə mətbuat konfransları keçiriləcək

“Xəzər Lənkəran” – “Olimpiya” matçından öncə mətbuat konfransları keçiriləcək
XƏBƏR 7 İyul 2010 / 13:57 1653
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabaha nəzərdə tutulan “Xəzər Lənkəran” və “Olimpiya” komandaları arasındakı oyundan öncə, bir qədər də dəqiqləşdirsək, bu gün Lənkəranda oyunqabağı mətbuat konfransları keçirəcək. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, mətbuat konfransları “Xəzər Lənkəran” stadionunun konfrans zalında baş tutacaq. İlk olaraq 18:30-da mətbuat konfransını "Xəzər Lənkəran" klubunun nümayəndələri keçirəcəklər və saat 19:00-da komanda məşqlərə başlayacaq. 19.30-da isə həmin zalda “Olimpiya”nın baş məşqçisinin və bir oyunçusunun mətbuat konfransı təşkil olunacaq. Moldovalıların məşqi isə saat 20:00-da start götürəcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı