AFFA rəhbərliyi milli üzvləri ilə görüş keçirdi

AFFA rəhbərliyi milli üzvləri ilə görüş keçirdi
XƏBƏR 7 İyul 2010 / 13:10 1553
-  A +

Slovakiyanın Preşov şəhərində keçirilmiş beynəlxalq turnirdə uğurla çıxış edərək üçüncü yeri tutmuş eşitməqüsurlu futbolçulardan təşkil olunmuş 16 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri ilə bu gün AFFA-nın inzibati binasında görüş keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş katib Elxan Məmmədov millinin baş məşqşçisi Elşad İbrahimlini və futbolçuları qazanılmış müvəffəqiyyət münasibətilə AFFA rəhbərliyi adından təbrik edib, qarşıdakı yarışlarda da komandamıza uğurlar arzulayıb. Görüşün sonunda millinin üzvlərinə hədiyyələr təqdim olunub.
Xatırladaq ki, Slovakiyada keçirilən turnirdə millimiz Rumıniya (7:1), Bolqarıstan (6:0), Makedoniya (5:1) və Polşa (4:0) komandalarına qalib gəlmiş, Rusiya yığması ilə isə heç-heçə etmişdi - 2:2. Qrup oyunlarını məğlubiyyətsiz başa vuran komandamız yalnız yarımfinalda Ukrayna yığmasına məğlub olmuşdu. Üçüncü yer uğrunda oyunda isə millimiz Rumıniya yığmasını 7:2 hesabı ilə məğlubiyyətə uğratmışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı