Çempionlar Liqasında mərhələ adlayan ilk komanda müəyyənləşdi

Çempionlar Liqasında mərhələ adlayan ilk komanda müəyyənləşdi
XƏBƏR 7 İyul 2010 / 13:05 1786
-  A +

Dünən Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində ilk matç keçirilib. Qol.Az-ın məlumatına görə, Maltada yerli “Birkirkara” Andorra çempionu “Santa-Koloma”nı qəbul edib. Bu komandalar arasında ilk oyun meydan sahiblərinin güclü yağış nəticəsində meydançanı hazır vəziyyətə gətirə bilməməsi səbəbindən baş tutmamış və UEFA andorralılara texniki məğlubiyyət (0:3) vermişdi. Belədə növbəti mərhələyə çıxmaq şansları çox az olan qonaqlar Maltada bu vəzifənin öhdəsindən gəlmək üşün çox çalışsa da, istəklərinə nail ola bilməyiblər. Əksinə meydan sahibləri artıq ilk hissədə vurduqları 4 qolla cütün taleyinə böyük ölçüdə aydınlıq gətiriblər. Andorralıların gücü isə 3 təsəlli qolunu vurmağa çatıb.
Nəticəfə “Birkirkara” cari mövsüm avrokuboklarda mərhələ keçən ilk komandaya çevrilib. Maltalılar ikinci təsnifat mərhələsində “Jilina” (Slovakiya) ilə qarşılaşacaqlar.
Birinci təsnifat mərhələsinin digər oyunu bu gün San-Marino “Tre Fiori”si ilə Çernoqoriya “Rudar”ı arasında baş tutacaq. İlk oyunda səfərdə 3:0 hesablı qələbə qazanmaqla, növbəti mərhələyə daha yaxın olan “Rudar”ın bu üstünlüyünü əldən verəcəyi inandırıcı görünmür.

Çempionlar Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)

“Birkirkara” – “Santa-Koloma” – 4:3
Qollar: Qalea, 10, 31, Cilia, 35, 45+2 – Urbani, 21, 85, Ximenes, 45


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord