“Qarabağ” Makedoniyada ilk məşqinə çıxdı

XƏBƏR 7 İyul 2010 / 12:32 1573
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Metallurq”la qarşılaşmaq üçün Makedoniyaya yollanan “Qarabağ” artıq dünən bu ölkədə ilk məşqinə çıxıb. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, axşam 18:30-da paytaxtın “Jelezarnitsa” stadionunda məşqə yollanan Qurban Qurbanovun komandası yerli publika tərəfindən böyük maraqla qarşılanıb. Çoxlu fanat ordusunun izlədiyi məşq prosesi qısa zaman kəsiyindən sonra izləyənlər üçün bağlı elan edilib. Bir saat yarım davam edən məşqi komanda üzvlərinin yüksək əhval ruhiyyəsi ilə müşahidə edilib.


Son xəbərlər