“Orduspor” Anatoli Ponomaryovu geri qaytardı

“Orduspor” Anatoli Ponomaryovu geri qaytardı
XƏBƏR 7 İyul 2010 / 11:47 1709
-  A +

Türkiyənin Bank Asya 1-ci liqasında çıxış edən “Orduspor” rəhbərliyi yığmamızın sabiq üzvlərindən olan Anatoli Ponomaryovla bağlı qərarını dəyişib. Qol.Az-ın sözügedən klubun rəsmi internet saytına istinadən məlumatına görə, rəhbərlik həmyerlimizin komandaya dönməsinə razılıq verib. Artıq 28 yaşlı hücumçunyn “Orduspor”un yeni mövsüm üçün hazırlıqlarına qatıldığını da əlavə edək.
Qeyd edək ki, son mövsüm başa çatandan sonra baş məşqçi dəyişikliyinə əl atan “Orduspor”un yeni çalışdırıcısı Uğur Tütünəkər Ponomaryovun heyətdən uzaqlaşdırılmasına qərar vermişdi. Lakin sonradan fikrini dəyişən baş məşqçi həmyerlimizin komandasında qalmasını istəyib. Yəni Ponomaryovu yeni mövsümdə də “Orduspor”un heyətinə görə biləcəyik.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi