“Bakı” Syerra Leone millisinin kapitanını transfer etdi

“Bakı” Syerra Leone millisinin kapitanını transfer etdi
ÖLKƏ FUTBOLU 7 İyul 2010 / 10:59 2423
-  A +

Avropa Liqasındakı təmsilçimiz “Bakı” növbəti transferini reallaşdırıb. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, “zolaqlılar” Syerra Leone milli komandasının kapitanı İbrahim Kargbo ilə 1 illik sözləşmə imzalayıb.
28 yaşlı Kargbonun sonuncu klubu Hollandiyanın “Villem II” klubu olub. Hollandiya təmsilçisinə keçənə qədər İbrahim Belçikanın “Brüssel”, “Şarlerua” və Türkiyənin “Malatyaspor” klublarında forma geyib. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Kargbo “Bakı”da 30 nömrəli formanı geyəcək. O bu gün Lüksemburq çempionu “Jeness Eş”ə qarşı keçirilən yoxlama matçında komandamızın heyətində debüt edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı