Veronun atası: “Oğlumu hansı göstəricilərinə görə mundiala aparmışdılar?”

DÇ-2010 6 İyul 2010 / 18:46 2628
-  A +

Argentina millisinin yarımmüdafiəçisi Xuan Sebastian Veronun atası Xuan Roman Veron maraqlı açıqlamalar verməklə bütün Argentinanı təəccübləndirib. Qol.Az-ın verdiyi məlumata əsasən, Veronun atası öz oğlunun mundialdakı oyunu haqqında danışark’n bildirib ki, oğlunun mudiala nə üçün getdini anlamır: “Maradonanın onu mundiala hansı göstəricisinə görə apardığını hələ də anlaya bilmirəm. Argentina millisində daha səviyyəli pleymeykerlər oynamalıdır. Mənim oğlum isə əvvəlki formasından çox-çox uzaqır. O, mundialda heç nə ilə yadda qalmadı. Mənə elə gəlir ki, oğlumun mövqeyində Maksi Rodrigez oynamalı idi”.
Xatırladaq ki, Argentina millisi mundialın 1/4 finalında almanlara 0:4 hesabı ilə məğlub olmuşdular.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın