Əfran İsmayılov: «Metallurq»a səfərdə də qol vuracağam»

Əfran İsmayılov: «Metallurq»a səfərdə də qol vuracağam»
MÜSAHİBƏ 6 İyul 2010 / 17:53 3016
-  A +

«Qarabağ»ın günc yarımmüdafiəçisi Əfran İsmaılovun komandasıyla birgə Makedoniyaya, «Metallurq»la oyuna yollanmazdan öncə Qol.Az-ın müxbirinin suallarını cavablandırıb

- Komandanı avrokuboklara uğurlu start verdi. «Metallurq»la ilk oyun haqda fikirlərini öyrənmək istərdik.
- Gərgin oyun keçdi. Rəqibimizin zəif olduğunu deyə bilmərəm. Lakin qapıçılarının kobud səhvləri bizim işimizə yaradı. Oyunda qollardan birini mən vurduğum üçün çox sevincliyəm. Bütün komandanı, azarkeşlərimizi təbrik edirəm.
- Cavab oyununda da “Qarabağ” qələbə qazana biləcəkmi?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Makedoniyaya yalnız qələbə dalınca gedirik. Bakıdakı oyunda bəzi itkilərimiz olsa da, biz qalib gəlməyi bacardıq. Ehtiyatda istənilən mövqedə oynamağa təcrübəli futbolçularımız var. Lakin bununla belə, arxayınlaşmaq olmaz. Bu, komandaya baha başa gələ bilər. İnanıram ki, səfər oyununda da qol vurub komandamın qələbəsində pay sahibi olacağam.
- “Qarabağ”ın ikinci təsnifat mərhələsindəki rəqiblərini necə dəyərləndirərdiniz?
- Həm Latviyanın, həm də Şimali İrlandiyanın futbolu artıq bizə tanışdır. Avrokuboklarda zəif rəqib olmur. İstənilən rəqibi düzgün dəyərləndirmək lazımdır. Əgər “Qarabağ” avrokuboklarda yoluna davam etmək istəyirsə, bütün rəqiblərinə qalib gəlməlidir. Biz ən azı keçən mövsümdəki uğuru təkrarlamaq  arzusundayıq. 
- Avqust ayında ölkə çempionatı başlayır. Bu mənada, hər iki cəbhədə mübarizə aparmaq komanda üçün ağır olmayacaq?
- Komandada əhval-ruhiyyə çox yüksəkdir. Bütün oyunlara ciddi hazırlaşırıq. Hər iki cəbhədə oynamaq bizim oyun təcrübəmizi daha da artıracaq. Doğrudur, bu, heç də asan olmayacaq. Lakin komandanın bunun öhdəsindən gələcəyinə inanıram. Çünki xalqımız bizdən daha çox uğur gözləyir.
- Bu mövsüm «Qarabağ»ın əsas hədəfi nədir?
- Əsas hədəf ölkə çempionatına uğurlu start vermək və avrokuboklarda mümkün qədər çox irəliləməkdir. Ölkə çempionluğunu qazanmaq isə “Qarabağ” komandasının əsas vəzifəsi sayılır. Keçən mövsüm biz çempionluğu son anda əldən versək də, bu mövsüm buna nail olmaq üçün əlimizdən gələni əsirgəməyəcik.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın