“Bakı”nın “Buduçnost”la ilk oyununda rumıniyalı hakim fit çalacaq

“Bakı”nın “Buduçnost”la ilk oyununda rumıniyalı hakim fit çalacaq
XƏBƏR 6 İyul 2010 / 17:01 1596
-  A +

UEFA hakimlər komitəsi Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayan “Bakı” futbol klubunun ilk oyununu idarə edəcək hakimin adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Avropa ali futbol qurumu "Bakı" - "Buduşnost" oyununu rumınıyalı FİFA referesi Auqustus Viorel Konstantin tərəfindən idarə olunmasına qərar verib. Rumınıyalı hakim peşəkar fəaliyyətinə 1999-cu ildən başlayıb. 2002-ci ilin yanvarından beynəlxalq oyunlara təyinat alır.
Xatırladaq ki, "Bakı" Avropa Liqasında ilk oyununa iyul ayının 15-də çıxacaq. Çernoqoriyanın “Buduçnost” komandasına qarşı oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Adıçəkilən qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu komandalar arasında Çernoqoriyada baş tutacaq qarşılaşmanın start fitinin səsləndiriləcəyi vaxt da dəqiqləşib. Həmin oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Oyun “Pod Qoritsom” stadionunda keçiriləcək. Hələlik matçı idarə edəcək hakimlər briqadası müəyyənləşməyib.


Son xəbərlər