Zidanın ölkədən kənara çıxmasına qadağa qoyuldu

Zidanın ölkədən kənara çıxmasına qadağa qoyuldu
XƏBƏR 6 İyul 2010 / 16:41 2182
-  A +

Yeni mövsümün hazırlıqlarına başlayan Bundesliqa təmsilçisi Dortmund “Borussiya”sı Muhammed Zidanın yolunu gözləyə-gözləyə qalıb. Zədədən sonrakı reabilitasiya dövrünü keçmək üçün ölkəsinə yollanan misirli futbolçu, əsgərlik borcunu yerinə yetirmədiyi üçün Misirdən kənara çıxa bilmir. Ancaq işin daha məzəli olan tərəfi ondan ibarətdir ki, Zidan qardaşı üçün böyük bir dükan açdığı üçün əsgərliyə getmək məcburiyyətində qalmasıdır. Misir qanunlarına görə, ailəsini dolandıran şəxs əsgərlikdən azad olunur. Bu vaxta kimi ailəsini təkbaşına dolandırdığı üçün əsgərlikdən canını qurtaran Zidan qardaşı üçün dükan açmaqla, əsgərliyə getmək təhlükəsiylə üz-üzə qalıb.
Futbolçunun durumuyla bağlı açıqlama verən Dortmund klubunun meneceri Mixael Zork bu məsələdə əllərindən heç nə gəlmədiyini etiraf edib: "Həftəsonu Zidanla danışmaq imkanım oldu. Yaşananlara bir anlam vermək çox çətindi. Əlimizdən heç bir şey gəlmir. Ümid edirik ki, bu problemi avqust ayına kimi aradan qaldıra biləcəyik”.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"