Tabares: “Hollandiyanın zəif nöqtələrini bilirik”

Tabares: “Hollandiyanın zəif nöqtələrini bilirik”
DÇ-2010 6 İyul 2010 / 16:15 2273
-  A +

Uruqvay millisinin baş məşqçisi Oskar Tabares dünya çempionatının yarımfinalı çərçivəsində bu gün qarşılaşacaqları Hollandiyanın komandasından daha güclü kollektiv olduğunu qəbul etsə də, finala çıxmaq üçün əllərindən gələni edəcəklərini bildirib. Qol.Az-ın məlumatına görə, “narınclılar”ın Aryen Robben başda olmaqla hücum futbolu oynayacaqlarını gözləyən Tabares lazımı ehtiyat tədbirlərinə əl atacaqlarını bəyan edib: “Hollandiya hücuma atılmaqdan daha çox xoşlanan komandadır. Bütövlükdə bizdən daha yaxşı komanda olduqlarını qəbul edərdim. Amma baş məşqçilik kurslarında bizə hər komandanın zəif bir nöqtəsinin olduğu və yenilməsinin mümkünlüyü öyrədilib. Biz də hollandların açıq yerlərini tapıb, onlardan istifadə etməyə çalışacağıq. Bəli, yenilə bilərik. Amma özümüzə güvənməsəydik, bura qədər gəlməzdik”.
Qeyd edək ki, Hollandiya və Uruqvay arasındakı qarşılaşma bu axşam saat 23:30-da oynanılacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın