Toni Adams: “Mənim favoritim Hollandiyadır”

Toni Adams: “Mənim favoritim Hollandiyadır”
DÇ-2010 6 İyul 2010 / 16:11 2385
-  A +

İngiltərinin “Arsenal” klubunun əfsanəvi futbolçusu, "Qəbələ" klubunun məşqçisi Toni Adams Hollandiya yığmasını 2010-cu ilin dünya çempionu kimi görür. "Mən elə gəlir ki, Hollandiya dünya çempionu adını qazanmağa qadirdir. Lakin bununla yanaşı, Almaniya komandası da əla oynayır", - deyə Adams bildirib.
Futbol üzrə dünya çempionatının yarımfinal oyunlarında Hollandiya və Uruqvay, iyulun 7-də isə İspaniya və Almaniya yığmaları oynayacaq. Çempionatın final oyunu iyulun 11-də keçiriləcək.
Adams Londonun "Arsenal" klubunun və İngiltərə yığmasının əfsanəvi futbolçusu olub. O, dörd dəfə İngiltərə çempionu, üç dəfə İngiltərə kubokunun və iki dəfə futbol liqasının kubokunun, üç dəfə İngiltərə superkubokunun və UEFA kubokunun sahibi olub. O, İngiltərənin "Portsmut" komandasının məşqçisi olub. Adams "Qəbələ" FK-ya 2010-cu ilin mayından məşqçilik edir (“Trend”).


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı