“İnter” bu gün son oyununu keçirib, Bakıya qayıdacaq

“İnter” bu gün son oyununu keçirib, Bakıya qayıdacaq
XƏBƏR 6 İyul 2010 / 15:47 1599
-  A +

Son ölkə çempionu “İnter” növbəti mövsümün və Çempionlar Liqasının oyunlarına hazırlıqlarını başa vurmaq üzrədir. Qol.Az-ın məlumatına görə, Bolqarıstanda təlim-məşq toplanışında olan paytaxt klubu bu gün son sınaq matçına çıxacaq. Bakılıların bu dəfəki rəqibi də ənənəvi olaraq, Bolqarıstanın təmsilçisidir. “Çerno More” klubu ilə yoxlama oyunundan sonra isə paytaxt təmsilçisi hazırlıq prosesinə tam şəkildə yekun vurmuş olacaq.
Qeyd edək ki, paytaxt klubu artıq dünən “Lokomotiv”lə oyunda iştirak edən futbolçularını Bakıya yola salıb. Bolqarıstanda qalan oyunçular isə sırf bu günkü matçda iştirak etmək üçün saxlanılıb. Komanda tam şəkildə paytaxta qayıtdıqdan sonra, yüngül hazırlıqlarla kifayətlənib, Çempionlar Liqasının ikinci təsnfat mərhələsi çərçivəsində Polşanın “Lex”i ilə oyunu gözləyəcək. Kaxaber Sxadadzenin komandasının ilk oyununu iyulun 13-də Bakıda çıxacağını da vurğulayaq.


Son xəbərlər