Argentinanın xanım prezidenti: “Maradona ağladığından, mənimlə danışa bilmədi”

Argentinanın xanım prezidenti: “Maradona ağladığından, mənimlə danışa bilmədi”
DÜNYA FUTBOLU 6 İyul 2010 / 15:25 3274
-  A +

Argentinanın prezidenti Kristina Fernandes de Kirşner ölkəsinin yığma komandası və baş məşqçi Dieqo Maradona haqda müsbət fikirlər söyləyib. Qol.Az-ın məlumatına görə, o, milli üzvləri və Maradonayla fəxr etdiyini də bildirib: “Baş verənlər bizi də təəssüfləndirir. Həyatda olduğu kimi futbolda da qələbəylə yanaşı məğlubiyyətlər də olur. Minlərlə azarkeşin yığmanı qarşılamaq üçün Buenos-Ayres hava limanına getdiyini görəndə çox sevindim. Mən istəyirəm ki, Maradona Kasa Rosadaya (prezidentin iqamətgahı belə adlanır) gəlsin. Onun buna haqqı çatır. Hələ heç bir argentinalı bizə bu qədər sevinc bəxş etməyib. Yığmamızla fəxr edirəm. Onlar yaxşı oynadılar. İndi 2014-cü il dünya çempionatına hazırlaşmaq lazımdır”.
Dövlət başçısı vurğulayıb ki, 1/4 finalda Almaniyaya 0:4 hesablı məğlubiyyətdən sonra Maradonaya zəng edib: “Ancaq Dieqo ağladığından, danışa bilmədi. Bununla belə, mən milli komandamızla qürur duyuram. İndi 2014-cü ildə keçiriləcək dünya çempionatı haqda düşünmək lazımdır”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı