Van Qal Almaniya və Hollandiyaya məğlubiyyət arzuladı

DÇ-2010 6 İyul 2010 / 14:48 2379
-  A +

Münhenin «Bavariya» klubunun baş məşqçisi Lui van Qal Almaniya və Hollandiya millisinin mundialın yarımfinalına qədər gəlməsindən məyus olub. Qol.Az-ın «Sportbild»ə istinadən verdiyi məlumata görə, o bildirib ki, «Bavariya»nın bu millilərdəki bir çox futbolçusu yeni mövsümə lazımi səviyyədə hazırlaşa bilməyəcəklər. "Bu, yaxşı hal deyil və böyük problemdir. Cənubi Afrikadan qayıdacaq futbolçulara Almaniya çempionatının başlamasına qədər lazımi forma yığmaq çətin olacaq. Mənə onları oyunlara hazırlamaq lazımdır».
Qeyd edək ki, «Bavariya»nın 11 futbolçusu Almaniyanın, üç üzvü isə Hollandiya millisinin düşərgəsindədir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord