Ümit Davayala 10 il həbs cəzası

XƏBƏR 6 İyul 2010 / 13:34 2171
-  A +

Türkiyə millisinin və «Qalatasaray»ın ulduz futbolçularından olmuş Ümit Davalanı həbs cəzası gözləyir. Qol.Az-ın «Milliyyət» qəzetinə istinadən verdiyi məlumata görə, Ümit xaricdən 250 min avroya aldığı cipin qiymətini gömrük bəyannaməsinə 78 min avro dəyərəndində göstərib. Bu səbəbdən keçmiş futbolçu gömrük qaçaqmalçılığında ittiham edilir.
Qeyd edək ki, futbolçu «Porsche Cayenne» markalı cipi 7 il əvvəl alıb. O zaman futbolçunun maşının qiymətini aşağı «salmaqla» gömrük vergisindən yayındığı üzə çıxıb. Kömrük müfəttişlərinin iddiası ilə Ümit Davalaya, maşının qiymətini saxta yolla aşağı endirən Almaniyadakı qalareyelardan birinin sahibinə və kömrük sənədlərini hazırlayan bir şəxsə qarşı cinayət işi açılıb.


Son xəbərlər