Oğlundan Qurban Qurbanova dəstək (FOTOLAR)

XƏBƏR 6 İyul 2010 / 13:14 8103
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə Makedoniya «Metallurq»u ilə qarşılaşacaq «Qarabağ»ın dünən Tofiq Bəhramov adına respublika stadionunda keçirilən məşq prosesini izləyənlər arasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oğlu da olub. Qol.Az-ın məlumatına görə, 8 yaşlı Musa məşq prosesi başlayandan sonadək «Qarabağ»ın yanında olub. Ağdam klubunun 10 nömrəli formasını geyinən Musa meydançanın ətrafında topla hərəkətlər də edib.
Qeyd edək ki, Musa atası Qurban Qurbanovun yolunu davam etdirir. O, hazırda aşağı yaş qrupu üzrə «Neftçi» komandasında futbolun sirlərinə yiyələnir.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər