“Qarabağ” 3 oyunçusunu Makedoniyaya aparmadı

XƏBƏR 6 İyul 2010 / 12:12 1826
-  A +

Avropa Liqasındakı təmsilçimiz "Qarabağ" bu turnirin birinci təsnifat mərhələsi çərçivəsində “Metallurq”la cavab oyunu üçün Makedoniyaya yol düşüb. Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi dünən Bakıda sonuncu məşqinə çıxıb. Saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda məşqə çıxan Qurban Qurbanovun komandası saat yarımlıq məşq edərək Avroliqanın cavab görüşündə qarşılaşacağı "Metallurq"la oyunun Bakıda sonuncu məşqini yerinə yetirib.
Yüngül isinmə hərəkətlərinin ardından ikitərəfli oyun keçirilib. Yeni transfer Ansi Aqolinin əzələsini dartması, Ayxan Abbasovun isə topuğunu zədələməsi onları hazırlıqdan ayrı salıb. Hər 2 futbolçu, eyni zamanda son oyunda qırmızı vərəqə alan Admir Teli Makedoniyaya aparılmayıb. Onlara Bakıda xüsusi məşq keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı