Millimizin baş məşqçisi: “Qarşımıza məqsəd qoymuşduq ki, 3-cü yerə çıxaq”

Millimizin baş məşqçisi: “Qarşımıza məqsəd qoymuşduq ki, 3-cü yerə çıxaq”
XƏBƏR 6 İyul 2010 / 11:49 1655
-  A +

Eşitməqüsurlu əlillərdən təşkil olunmuş 16 yaşadək futbolçulardan ibarət millimiz Slovakiyanın Preşov şəhərində keçirilən beynəlxalq turnirdə çıxışını uğurla  başa vuraraq  üçüncü yeri tutub.  Qol.Az-ın məlumatına görə, bu münasibətlə millimizin baş məşqçisi Elşad İbrahimli turnirlə bağlı fikirlərini AFFA-nın rəsmi saytına bildirirb: «Ötən il buturnirdə 4-cü yeri tutmuşduq. Budəfəki yarışa daha inamla, istəklə yollanmışdıq. Qarşımıza məqsəd qoymuşduq ki, 3-cü yerə çıxaq. Sevindirici haldır ki, bu istəyimizi həyata keçirdik. Yarımfinal mərhələsində Ukrayna kimi güclü bir komandaya məğlub olduq. Ona görə də finala vəsiqə qazana bilmədik. Üçüncü yer uğrunda görüşdə Rumıniya millisi ilə qarşılaşdıq. Rumıniya yığmasını qrup mərhələsində 7:1 hesabı ilə məğlub etmişdik. İkinci oyunda isə 7:2 hesabı ilə qalib gəldik. Bu uşaqlar ilk dəfə birlikdə oynamalarına baxmayaraq, yaxşı nəticə əldə etdilər. Komandanın kapitanı Səid Talıbzadə və Cavidan Səfərəliyevdən başqa bütün uşaqlar ilk dəfə idi ki, turnirdə iştirak edirdilər. Yeganə komanda idik ki, qrup mərhələsini  məğlubiyyətsiz başa vurduq. Bu, bütün Azərbaycanın qələbəsidir. İstər hakimlərlə, istərsə də təşkilatçılıqla bağlı heç bir problem olmadı. Fürsətdən istifadə edib, AFFA rəhbərliyinə və Gənclər və İdman Nazirliyinə öz təşəkkürümü bildirirəm ki, daim bizə dəstək oldular».


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı