Elxan Məmmədov: «Biz həmin sistemi Azərbaycan futboluna tətbiq edəcəyik”

Elxan Məmmədov: «Biz həmin sistemi Azərbaycan futboluna tətbiq edəcəyik”
XƏBƏR 5 İyul 2010 / 19:37 2012
-  A +

«Azərbaycan Futbol Federasiyaları Assossiasiyasının 3 əsas prioriteti var. Birincisi, kütləvi futbol, ikincisi, futbol təhsili, üçüncüsü isə infrastruktur yaratmaqdır. Texniki direktorumuz cənab Bernhard Lippert Azərbaycanda kütləvi futbolun inkişaf mərhələsinin yeni layihəsini hazırlayıb. Bu layihənin hazırlanmasına 8 ay əvvəldən başlanılıb. Bu layihə qısa zaman ərzində Bakıda və regionlarda həyata keçiriləcək». Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov bu gün qurumun Futbol akademiyasında «Elit məşq» layihəsinə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2 il əvvəl Almaniya Futbol İttifaqı ilə əməkdaşlıq müqaviləsi imzalamışıq: «Həmin əməkdaşlıq müqaviləsi çərçivəsində Almaniya Futbol İttifaqı bizə dəstək oldu, bizim üçün çox sayda nəşr hazırladılar. Fürsətdən istifadə edərək onlara öz minnətdarlığımı bildirirəm. Onların sisteminə uyğun olaraq, biz də həmin sistemi Azərbaycan futboluna tətbiq edəcəyik”.


Son xəbərlər