Arif Əsədov: "Biz doğru yoldayıq"

Arif Əsədov: "Biz doğru yoldayıq"
MÜSAHİBƏ 5 İyul 2010 / 18:43 2794
-  A +

“Neftçi”nin baş məşqçisi Arif Əsədovun paytaxt klubunun rəsmi saytına müsahibəsi

- İyulun 1-dən etibarən Avstriyada toplanışda olan "Neftçi" İstanbul klubu "Beşiktaş" kimi güclü rəqiblə bərabər səviyyədə mübarizə apararaq heç-heçə etdi. Bu oyun komandamıza nə verdi?
- Başda prezident Sadıq Sadıqov olmaqla klub rəhbərliyi tərəfindən bizim qarşımıza qoyulan əsas vəzifə "Neftçi"nin baxımlı oyununu qaytarmaqdır. Məşqçi heyəti olaraq məhz bunun üzərində çalışırıq."Beşiktaş"la görüş göstərdi ki,biz doğru yoldayıq.Təbii ki, bir çox çatışmamazlıqlar mövcuddur, Avtriyadakı toplanışa yeni başladığımızı nəzərə alsaq bu başadüşüləndir. Türk komandası ilə oyunda heyətimizdə olan təcrübəli və gənc futbolçular adlı-sanlı rəqibə qarşı çəkinməyərək səylə mübarizə apardılar. Onlara verdiyimiz tapşırığı yerinə yetirdilər.
- Avstriya bir çox komandaların təlim-məşq üçün seçdiyi məkandır.Ümumiyyətlə hazırlığın gedişi,stadionların vəziyyəti sizi qane edirmi?
- Avstriyada Avropanın tanınmış klubları toplanış keçir. Yığma komandamızda hazırlığını bu ölkədə davam etdirirdi. Məhz həmin vaxtda yığmanın oyununu izləməyə gəldiyimizdə buradakı ideal şəraitlə tanış olmaq imkanımız oldu. Klub rəhbərliyi tərəfindən komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün ideal şərait yaradılıb. Bu təlim-məşq toplanışında biz güclü klublarla hazırlıq görüşləri oynamağa üstünlük veririk. Məşq etdiyimiz stadionun vəziyyəti isə əladır.
- Növbəti oyunda "Neftçi" daha bir güclü komanda olan Rumıniya təmsilçisi "Otselul"la qarşılaşacaq. Bu oyunda biz gənc futbolçuları "Beşiktaş"la görüşdə olduğu kimi meydanda görə biləcəyikmi?
- "Neftçi"nin heyətində hər zaman perspektivli gənc futbolçular yetişib. Ötən mövsümün son turlarında əsas heyətdə gənclərə yer verərək həyata keçirdiyimiz siyasəti davam etdiririk.Növbəti oyunda da belə olacaq, komandamızın gələcəyi gənclərdir. Sərt futbola üstünlük verən rumın komandasını seçməkdə məqsəd belə rəqiblərlə görüşdə də futbolçularımızın nəyə qadir olduğunu yoxlamaqdır.

Daha çox


Son xəbərlər