“Neftçi” Avstriya mətbuatının gündəmində

“Neftçi” Avstriya mətbuatının gündəmində
XƏBƏR 5 İyul 2010 / 17:45 2255
-  A +

İyulun 1-dən etibarən Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" ilk hazırlıq matçını Türkiyə nəhəngi "Beşktaş"a qarşı keçirdi. Qol.Az-ın məlumatına görə, Ruslan Abışovun qolu ilə önə keçən paytaxt komandası görüşün sonuna yaxın Erkan Kaşın qoluna mane ola bilməyərək, qələbəni əldən vermdi. Məhz bu oyundan sonra Türkiyə mətbuatı ilə yanaşı Avstriya KİV-də "Neftçi"yə geniş yer verilib. Paytaxt klubunun rəsmi saytının yaydığı məlumara görə, "Tirol Zaitung" qəzeti "Azərbaycanlılar "Beşiktaş"a futbol dərsi keçdi" başlıqlı yazısında komandamızın gənc futbolçulardan qurulmasına baxmayaraq, İstanbul təmsilçisindən aşkar üstün göründüyünü qeyd edib. Həmçinin qəzetdə "Neftçi"nin Avstriyaya oyundan cəmi 2 gün əvvəl gəlməsinə baxmayaraq, rəqibini açıq-aşkar üstələdiyini və qələbəni əldən verdiyini yazıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın