Qurban Qurbanovdan daha bir risqli addım

Qurban Qurbanovdan daha bir risqli addım
ÖLKƏ FUTBOLU 5 İyul 2010 / 16:51 2764
-  A +

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov iyulun 8-də Avropa Liqasının birinci təsnifat mərhələsinin Makedoniyanın «Metallurq» klubuna qarşı keçiriləcək cavab oyununda daha bir gənc futbolçuya şans vermək fikrindədir. Qol.Az-ın müxbiri ilə söhbətində Q.Qurbanov bildirib ki, komandanın dünən keçirilən məşqində əzələsini dartdığı üçün qarşıdakı oyunu buraxmaq məcburiyyətində qalan albaniyalı müdafiəçi Ansi Aqoliyə əvəzləyici tapılıb. Bu, «Qarabağ»ın əvəzedici heyətindən əsas komandaya cəlb edilmiş 18 yaşlı Qara Qarayevdir.
Q.Qarayev eyni zamanda Azərbaycanın 21 yaşadək milli komandasının üzvüdür.
«Aqolinin yerində çox güman ki, Qara Qarayevi oynacadağam. Hazırda onun üzərində çalışırıq. Əsas namizədimiz məhz bu futbolçudur» - deyə Q.Qurbanov bildirib.
Qeyd edək ki, «Qarabağ»a gələndən sonra Qurban Qurbanov bir neçə dəfə risqli addımlar ataraq gənclərə start heyətində yer verib. Tezliklə bu addım özünü doğruldub. Xüsusilə Vaqif Cavadov, Əfran İsmayılov və Rauf Əliyev müntəzəm olaraq «Qarabağ»ın heyətində yer almaqla yanaşı həm də milliyə dəvət olunublar və komandalarının aparıcı futbolçularına çevriliblər.
 

Daha çox


Son xəbərlər