Stekelenburq: “Suares mundialın ən yaxşı qapıçısıdır”

Stekelenburq: “Suares mundialın ən yaxşı qapıçısıdır”
XƏBƏR 5 İyul 2010 / 16:20 1759
-  A +

"Ayaks"ın və Hollandiya yığmasının qapıçısı Martin Stekelenburq dünya çempionatının Uruqvayla yarımfinal matçı öncəsi həmklubu Luis Suaresin “qapıçı bacarığı” haqda danışıb. Xatırladaq ki, Suares 1/4 finalda Qana millisiylə oyunun 120-ci dəqiqəsində qapılarından keçən topun qarşısını kəsmək üçün əli ilə oynamışdı. Nəticədə penalti təyin edilsə də, Asamoa Qyan həmin cərimə zərbəsindən dəqiq yararlana bilməmiş və matçın taleyi oyunsonrası penalitlərlə həll olunmuşdu. Həmin penalti seriyalarında da məhz Suaresin komandası qələbə qazanaraq, yarımfinala vəsiqə qazanmışdı. Stekelenburq növbəti mərhələdə qarşılaşacaqları Uruqvayla oyun öncəsi klub yoldaşı haqda maraqlı açıqlama verib: “Mən oyundan sonra Suaresə SMS göndərdim. Yazmışdım ki, o, DÇ-2010-un ən yaxşı qapıçısıdır. Lev Yaşin prizi ona verilməlidir. Əlbəttə, onun bizimlə oyunda opynamaması çox önəmlidir. Çünki, Suares təhlükəli futbolçudur” deyə Stekelenburq bildirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın