“Xəzər Lənkəran” cavab oyununa Lənkəranda hazırlaşır

XƏBƏR 5 İyul 2010 / 16:05 2104
-  A +

Avropa Liqasında ölkəmizi təmsil edən "Xəzər Lənkəran" bu turnirin birinci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Olimpiya”sı ilə keçirəcəyi cavab matçının hazırlıqlarına start verib. Artıq dünəndən yerli Lənkəran şəhər stadionunda toplanışa başlayan təmsilçimiz tam heyətlə hazırlıq keçir.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 8-i Lənkəran şəhər stadionunda yerli vaxtla saat 21.00-da baş tutacaq. Moldovanın paytaxtı Kişinyov şəhərində iyulun 1-də keçirilən oyun isə qolsuz heç heçə ilə nəticələnib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı