Dünya çempionatının yarımfinal matçları təhlükədə

DÇ-2010 5 İyul 2010 / 15:52 2489
-  A +

Cənubi Afrika Respublikasında (CAR) təşkil olunan futbol üzrə dünya çempionatının yarımfinal matçları baş tutması sual altına düşüb.

CAR-ın “Eskom” energetika şirkətinin əməkdaşları həmin oyunlar vaxtı etiraz aksiyası keçirmək niyyətlərini açıqlayıblar. Elektrikləşmədəki fasilələr çempionatın gedişinə təsirsiz ötüşməyəcək. Baxmayaraq ki, təşkilatçılar bütün stadionlarda ehtiyat generatorların olduğunu bildirirlər. “Eskom”un rəhbərliyi və əməkdaşları arasında narazılıq əmək haqqı üstündə yaranıb. Lakin bu məsələ artıq yoluna qoyulub. Şirkət rəhbərliyi əməkdaşlarının maaşlarını qaldırmağa razılaşıb. Amma ekspertlər nümayişlərin yenidən başlama riskini çox yüksək qiymətləndirirlər.

Qeyd edək ki, mundial vaxtı maliyyə problemlərini həll etmək niyyətini dövlət sektorunun 1,2 milyon əməkdaşı bəyan edib. Onların arasında müəllimlər, tibb işçiləri, polislər və miqrasiya xidmətinin əməkdaşları da var.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın