Adrianonun “Roma” karyerası da macərayla başladı

Adrianonun “Roma” karyerası da macərayla başladı
DÜNYA FUTBOLU 5 İyul 2010 / 14:45 2475
-  A +

İtaliyanın “Roma” klubunun yeni transferi, braziliyalı Adrianonun macəraları bitmək bilmir ki, bilmir. Qol.Az-ın məlumatına görə, onun yeni komandasındakı karyerası da maraqlı bir macərayla start götürüb. Məsələ burasındadı ki, o, paytaxt klubunun bu gündən start götürən təlim-məşq toplanışına qatılmayıb. Buna isə, onun Braziliyadan İtaliyaya gedən iki təyyarə reysini qaçırması olub. Ən qəribəsi isə odu ki, ilk reysi oğlunun pasportundakı problemlərə görə qaçıran ünlü futbolçunun ikinci təyyarəylə yola düşməməsinin məntiqli bir səbəbi də yoxdu.
İlk məşq gününü qaçıran Adrianonun sabahdan hazırlıqlara qatılacağı gözlənilir. Qeyd edək ki, xeyli artıq çəkisi olan bu futbolçunun ayrıca proqram üzrə çalışacağı bildirilir. Daim qalmaqallarıyla seçilən “İnter”in keçmiş oyunçusunun “Roma”dakı karyerasının nə dərəcədə uğurlu alınacağı maraqla gözlənilir.


Son xəbərlər