Visente Del Boske: «Maradona əla oğlandır»

DÇ-2010 5 İyul 2010 / 14:06 2334
-  A +

İspaniya millisinin baş məşqçisi Visente Del Boske Argentina komandasının çalışdırıcısı Dieqo Maradonanın müdafiəsinə qalxıb. Qol.Az-ın məlumatına görə, argentinalıların dünya çempionatının 1/4 finalında Almaniyaya 0:4 hesablı məğlubiyyətindən sonra Maradona tənqid olunmağa başlayıb. «Mənim Maradonaya böyük hörmətim var. O, əla oğlandır. Düzdür, bəzən o, kobud olur. Buna baxmayaraq, ona hörmət edirəm. O, öz ölkəsinin şərəfini bacardığı qədər qoruya bildi» - deyə Del Boske goal.com-a bildirib.


Son xəbərlər