“Olimpiya” bu gün ölkəmizə gəlir

“Olimpiya” bu gün ölkəmizə gəlir
XƏBƏR 5 İyul 2010 / 14:05 1647
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Moldova “Olimpiya”sı bu gün Bakıya gəlir. Təmsilçimiz kimi, moldovalıların da oyundan bir neçə gün öncə ölkəmizə təşrif buyurmalarında əsas məqsəd yerli şəraitə uyğunlaşmaqdı.
Qeyd edək ki, bu komandalar arasında iyulun 1-də Kişinyovda baş tutan qarşılaşma qolsuz heç-heçə ilə tamamlanmışdı. İyulun 8-də Lənkərandakı mərkəzi şəhər stadionunda baş tutacaq cavab matçının saat 21:00-da start götürəcəyini də vurğulayaq.


Son xəbərlər