Erməni idmançılar Bakıda

Erməni idmançılar Bakıda
XƏBƏR 23 May 2019 / 14:49 4543
-  A +

Sabah Bakıda start götürəcək aerobika üzrə Avropa çempionatında erməni idmançılar da mübarizə aparacaq.

Qol.az xəbər verir ki, Rusiya millisinin heyətində yarışan Qarsevan və Duhik Canazyan bacı-qardaş artıq paytaxtımızdadır. Azərbaycan hakimiyyəti tərəfindən verilən bütün təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Avropa Liqasının paytaxtımızda keçiriləcək final oyununa gəlməkdən imtina edən "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryandan fərqli olaraq, həmvətənləri heç bir problem yaşamadan ölkəmizə gəliblər.

Bu isə bir daha onu göstərir ki, Azərbaycan idmanı siyasətə qarışdırmır. Bakıdakı yarışlarlarda iştirak etmək istəyən istənilən erməni idmançının təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilir. Qarsevan və Duhik Canazyanın Bakıda keçirilən turnirdə iştirakı Mxitaryanın final oyununa gəlməməsinə görə Azərbaycanı günahlandıranlara növbəti layiqli cavabdır.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək aerobika üzrə Avropa çempionatı sabah start götürəcək. Yarışda 22 ölkənin idmançıları mübarizə aparacaq.

Daha çox


Son xəbərlər