“İnter”in rəqibi Zaqreb “Dinamo”suna boyun əydi

XƏBƏR 5 İyul 2010 / 12:40 1779
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “İnter”in rəqibi olan Polşa “Lex”i Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Poznan təmsilçisi bu dəfə Zaqreb “Dinamo”suyla (Xorvatiya) qarşılaşıblar. Lakin yoxlama matçlarında heç də yaxşı təsir bağışlamayan Yatsek Zelinskinin yetirmələri xorvatlara 1:2 hesablı məğlubiyyətdən yaxa qurtara bilməyiblər. 28-ci dəqiqəsində İbanyes, 55-ci dəqiqədə isə Kramariçin vurduğu qollarla önə keçən “Dinamo”nun qapısından təsəlli topunu 66-cı dəqiqədə Bosatski keçirib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"