«Everton»un rəsmi saytı Araz Abdullayevin transferindən yazdı

«Everton»un rəsmi saytı Araz Abdullayevin transferindən yazdı
ÖLKƏ FUTBOLU 5 İyul 2010 / 12:37 2536
-  A +

İngiltərənin «Everton» klubunun rəsmi saytı «Neftçi»nin gənc yarımmüdafiəçisi Araz Abdullayevlə danışıqlarda müsbət nəticə əldə edildiyi barədə xəbər yayıb. Qol.Az-ın verdiyi məlumata görə, rəsmi xəbərdə deyilir ki, «Everton» Araz Abdullayevin transferi ilə bağlı razılığa gəlindiyini təsdiqləyir.«Klubumuz yaxın iki ildə 18 yaşlı futbolçunu almaq hüququna malikdir. Bir neçə gün əvvəl o, Mersisayda gələrək tibbi baxışdan keçib. Yaxın iki ildə «Everton» futbolçunu almaq hüququnu özündə saxlayır. Bunun üçün Araz Abdullayev işçi vizası almalıdır» - deyə rəsmi saytda bildirilib.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi