Hakan Şükür hamını qorxutdu

Hakan Şükür hamını qorxutdu
DÜNYA FUTBOLU 5 İyul 2010 / 12:28 2576
-  A +

Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükür azarkeşlərini şoka salıb. Veteran futbolçu məzuniyyət zamanı hovuzda üzərkən, səhhəti ilə ciddi problem yaşayıb. Ürək nahiyəsindən şikayətlənən Hakan Şükürü yaxınlarının çağırdığı təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırıblar. Öncə onun infarkt keçirdiyi güman olunsa da, sonradan ürək damarlarında genişlənmə olduğu üzə çıxıb. Xəstəxanada müayinədən keçən futbolçunun durumunun normal olduğu bildirilib və o, tezliklə evə buraxılıb.

Mənbə: olimpiya.az


Son xəbərlər